Ötən il Azərbaycanda 2752 əkiz, 117 üçəm doğulub

Ötən il Azərbaycanda 2752 əkiz, 117 üçəm doğulub
12:27 18 Fevral 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ötən il 138982 nəfər doğulmuş körpə qeydə alıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 
Əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Körpələrdən 2752-si əkiz, 117-si isə üçəm doğulanlardır. Bu göstərici Dağlıq Şirvan (əhalinin hər min nəfərinə 16,3), Lənkəran, Aran və Quba-Xaçmaz (15,4), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.
Ötən il ölkədə 57250 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,8 təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/oten-il-azerbaycanda-2752-ekiz-117-ucem-dogulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR