Bakıda 33 məntəqədə yol nişanları quraşdırılıb - FOTO

Bakıda 33 məntəqədə yol nişanları quraşdırılıb - FOTO
13:37 18 Fevral 2019
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində mövcud dəmiryol keçidlərində yol nişanları və nişanlanmadakı çatışmazlıqların aradan qaldırılması işlərinə başlayıb.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, görülən işlər çərçivəsində 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb. Növbəti mərhələdə müvafiq nişanlanma işləri də aparılacaq.

Məqsəd avtomobil yolları ilə dəmiryol xətlərinin kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi və qəza riskinin azaldılmasıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/731624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR