DİN “Porsche”nin törətdiyi ağır qəza ilə bağlı məlumat yaydı

DİN “Porsche”nin törətdiyi ağır qəza ilə bağlı məlumat yaydı
13:58 18 Fevral 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 15-də saat 20 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Abasov idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini S.Hüseynovanı vuraraq yolun hərəkət hissəsinə atıb. Bu zaman arxadan gələn “Volkswagen” markalı, A.Əliyevin idarə etdiyi avtomobil qadının üzərindən keçib.

Nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/270000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR