Nazir: Türkiyədə çətənə yetişidiriləcək

Nazir: Türkiyədə çətənə yetişidiriləcək
14:22 18 Fevral 2019
96 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə çətənə yetişdiriləcək.

Trend-in məlumatına görə, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli deyib.

Onun sözlərinə görə, çətənənin yetişdirilməsi dövlətin ciddi nəzarəti altında davam edəcək:

“Bizim məqsədimiz tərkibində narkotik maddələrin olmadığı texniki sortların yetişdirilməsidir”.

Nazir əlavə edib ki, çətənənin texniki sortları kənd təsərrüfatı, səhiyyə, tekstil sənayesi, tullantıların təkrar emalı və digər sahələrdə istifadə olunacaq.

O qeyd edib ki, ilkin olaraq çətənə ölkənin 19 vilayətində əkiləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3021052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR