Türkiyədə çətənə yetişdiriləcək - Nazir

Türkiyədə çətənə yetişdiriləcək - Nazir
15:47 18 Fevral 2019
102 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə çətənə yetişdiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli deyib.

Onun sözlərinə görə, çətənənin yetişdirilməsi dövlətin ciddi nəzarəti altında davam edəcək:

"Bizim məqsədimiz tərkibində narkotik maddələrin olmadığı texniki sortların yetişdirilməsidir".

Nazir əlavə edib ki, çətənənin texniki sortları kənd təsərrüfatı, səhiyyə, tekstil sənayesi, tullantıların təkrar emalı və digər sahələrdə istifadə olunacaq.

O qeyd edib ki, ilkin olaraq çətənə ölkənin 19 vilayətində əkiləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/731678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR