"Çempionluq şansımız hələ bitməyib" - Solari

"Çempionluq şansımız hələ bitməyib" - Solari
16:22 18 Fevral 2019
116 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının 24-cü turunda evdə "Jirona"ya 1:2 hesabı ilə uduzan Madrid "Real"ının baş məşqçisi Santyaqo Solari açıqlama verib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis çempionluq şanslarının bitmədiyini deyib: "Çempionluq şansımız hələ bitməyib. Hələ qarşıda çox oyunlarımız var və daha yaxşı oynayacağıq. Yarış hələ davam edir. "Jirona"ya uduzmağımız utancvericidir. Ən yaxın rəqiblərimiz isə qələbə qazandı. Yaxşı formada idik, ancaq indi liderdən daha üç xal geri düşdük".

Qeyd edək ki, La Liqanın turnir cədvəlində 45 xalı olan "Real" lider "Barselona"dan 9 xal geri qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/731660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR