Azərbaycanda 17 yaşlı qız faciəvi şəkildə öldü

Azərbaycanda 17 yaşlı qız faciəvi şəkildə öldü
17:43 18 Fevral 2019
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, rayonun Xırmandalı kənd sakini, 2002-ci il təvəllüdlü Hüseynzadə Elxanə Elxan qızı yaşadığı evin hamamında dəm qazından boğulub.

Ailə üzvləri onun hamam otağından çıxmadığını görərək qapını açıblar. 17 yaşlı qızın artıq vəfat etdiyi məlum olub.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən E.Hüseynzadə orta məktəbin 11-ci sinfində oxuyurmuş.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/270033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR