Bu zavod qeyri-neft ixracını 15 faiz artıracaq - Millət vəkili

Bu zavod qeyri-neft ixracını 15 faiz artıracaq - Millət vəkili
17:48 18 Fevral 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

“Ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və getdikcə iqtisadiyyatda çəkisinin artırılması siyasətimizin əsas məqsədidir. Bu gün “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışı bu məqsədlərin həyata keçirilməsinə bir töhfədir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, ölkədə kənd təsərrüfatı, turizm, informasiya kommunikasiya, ən başlıcası sənaye sahəsinin inkişafı qarşıya qoyulan əsas məqsədlərdəndir:

“Azərbaycan gündən-günə böyük bir sənaye ölkəsinə çevrilir. Yerli xammal, resurslardan istifadə edərək rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi, daxili bazarın tam ödənilməsi, xarici bazarlara çıxarılması hədəflər sırasındadır. “SOCAR Polymer” zavodu da böyük perspektivli sahədir. “SOCAR Polymer”in istifadəyə verilməsi Azərbaycanın qeyri-neft ixracını 15 faiz artıracaq. Zavod təkcə daxili bazarda təlabatları ödəməyəcək, xarici bazarlara çıxış imkanı yaradacaq. Bu addımlar sənaye sahəsində inkişafla bağlı çox ciddi addımların atıldığını göstərir. Sənaye sektoru həm intellect, həm də peşə qabiliyyətliliyi baxımdan əmək tutumlu sahədir. Bu sahədə əmək haqlarının yüksək olması faktdır. Bu zavodun istifadəyə verilməsi vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi , işlə təminatı, yüksək əməkhaqqı alması baxımdan əhəmiyyətlidir. Çünki ölkədə həyata keçirilən bütün layihələrin məqsədi vətəndaşlarımızın daimi işlə təmin edilməsidir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/270032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR