Azərbaycan istehsal etdiyi hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparır

Azərbaycan istehsal etdiyi hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparır
18:01 18 Fevral 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti fevralın 17-dən 21-dək Əbu-Dabidə keçirilən “İDEX-2019” 14-cü Beynəlxalq Müdafiə Sərgi və Konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirə qatılan nümayəndə heyətinin sərgi çərçivəsində Tükiyənin “MKEK”, Rusiyanın “Rosoboronexport”, Serbiyanın “Yugoimport”, Birləşmiş Ərəb Əmirliklərinin “Mobile Land Systems” və “Tawazun”, Səudiyyə Ərəbistanı Krallığının “Military İndustries Corporation” şirkətlərinin rəhbər və nümayəndələri ilə görüşləri olub. Görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan istehsalı olan hərbi təyinatlı məmulatların ixracına dair müvafiq danışıqlar aparılıb.

“İDEX” sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın himayəsi altında BƏƏ-nin Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.

Sərgi işini fevralın 21-dək davam etdirəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3021422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR