Azərbaycan millisinin futbolçusu: "Bir nəfər çıxıb demir ki, bu uşağı niyə vururlar"?

Azərbaycan millisinin futbolçusu: "Bir nəfər çıxıb demir ki, bu uşağı niyə vururlar"?
18:02 18 Fevral 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ "Onunla aramızda elə də böyük münaqişə olmadı".
Bunu "Report"a açıqlamasında "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının XVII turunda "Səbail"lə matçda rəqibin müdafiəçisi Şəhriyar Rəhimovla yaşadığı insidentlə bağlı danışarkən deyib.
26 yaşlı yarımmüdafiəçi rəqib oyunçuların qarşılaşma ərzində bir neçə dəfə arxadan onun ayağına zərbə endirdiklərini vurğulayıb.
Xəlilzadə epizodların birində yan xətt hakiminin gözü önündə əlinin istəmədən Rəhimovun üzünə tuş gəldiyini söyləyib: "Bundan sonra Şəhriyarın sifətindən qan açıldı. Meydanda olan hər kəs düşündü ki, mən onu bilərəkdən vurdum. Amma yan xətt hakimi əsas hakimə bildirdi ki, bu epizod sarı vərəqələkdir, qəsdən etməmişəm. Epizodun təkrarına baxan hər kəs bunu görə bilər. Ciddi bir şey yox idi. Futbolda belə hallar olur. Meydanda danışdıq və məsələni həll elədik. Böyük söhbət olmadı. Orada bir-birimizi başa düşdük".
Azərbaycan millisinin də şərəfini qoruyan Xəlilzadə "ulduz xəstəliyi"nə yoluxması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Bununla bağlı mənə bir neçə dəfə sual veriblər. Belə xəstəliyə tutulmaq kimi niyyətim yoxdur və buna marağım da olmayıb. Amma buna bənzər bir şey olsa belə, ətrafımda, klub daxilində və ailəmdə elə insanlar var ki, əsla imkan verməzlər. Doğurdan da bu, heç vaxt olmayıb. Hamı çox şey deyə bilər. Heç kimin ağzını yuma bilmərik. Biri tərifləyir, digəri pisləyir, beşi istəyəndə, beşi istəmir". 
Xəlilzadə hər oyunda rəqib futbolçuların onun ayağına zərbələr vurduğunu deyib: "Bir nəfər çıxıb demir ki, bu uşağı niyə vururlar? Amma mənim əlim istəmədən kiminsə üzünə dəyirsə və qan çıxırsa, həmin an başlayırlar ki, Təmkin "ulduz xəstəliyi"nə tutulub. "Ulduz xəstəliyi"ndən heç söhbət belə gedə bilməz. Kiminsə ağzını, burnunu partlatmaqla özümü kimə gəstərə bilərəm? Bunu böyütmək lazım deyil".
Qeyd edək ki, "Sabah" "Səbail"ə 0:1 hesabı ilə məğlub olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/temkin-xelilzade-bir-nefer-cixib-demir-ki-bu-usagi-niye-vururlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR