"Ermənistan baş nazirinin komandasında kadr aclığı var" - Qurgen Yegiazaryan

"Ermənistan baş nazirinin komandasında kadr aclığı var" - Qurgen Yegiazaryan
18:12 18 Fevral 2019
68 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan baş nazirinin komandasında kadr aclığı var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ermənistan milli təhlükəsizlik nazirinin sabiq müavini Qurgen Yegiazaryan deyib.

O bildirib ki, Dövlət Gəlirləri üzrə Komitənin sədr müavininin oğlu, 23 yaşlı təcrübəsiz Arutyun Maşadyanın Yerevan hərbi qarnizonunun prokuroru vəzifəsinə təyin edilməsi ölkədə hələ də yüksək vəzifəyə təyinat zamanı tanışlıq sisteminin mövcudluğundan xəbər verir: "Paşinyan anlamalıdır ki, hər şey bumeranq kimi qayıdır, necə Serj Sarksiyanda oldu".

Sabiq nazir müavini qeyd edib ki, problemləri həll etmək əvəzinə, baş nazir Nikol Paşinyan "beyinlərdə yoxsulluq" tezisini təkrarlayır: "Aydındır ki, bu, məsuliyyətdən qaçmaq cəhdidir. Hər şeydən əvvəl bank sistemində islahatlar aparmaq, heç olmasa Yerevanda iri zavodlar yaratmaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/731737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR