x
Loading...

Nazir: "Azərbaycanda əmək müqavilələrinin sayı artıb"

Nazir: "Azərbaycanda əmək müqavilələrinin sayı artıb"
18:27 18 Fevral 2019
Ölkə mətbuatı
A- A+
.

"Azərbaycanda Vergilər Məcəlləsinə edilən dəyişikliklər əmək müqavilələrinin sayının artmasına müsbət təsir göstərib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayevin sözlərinə görə, təkcə bu ilin yanvar ayı ərzində təxminən 20 min yeni əmək müqaviləsi imzalanıb:

"Bu məlumatlar gündəlik dəyişir. Hər gün yeni müqavilələr imzalanır, köhnələri ləğv olunur. Ümumilikdə biz hesab edirik ki, minimal əmək haqqınn artması, özəl sektorda güzəştlərin tətbiqi, məşğulluq sisteminin əhatəsinin genişləndirilməsi kimi addımlar həm əmək bazarının leqallaşmasında, həm də əmək müqavilələrinin sayının artmasında vacib rol oynayır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/731741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR