Köçəryanın oğlunu HƏBS GÖZLƏYİR

Köçəryanın oğlunu HƏBS GÖZLƏYİR
20:48 18 Fevral 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın böyük oğlu Sedraka qarşı cinayət işi qaldırılıb.

Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, istintaq orqanları Sedrak Köçəryana qarşı çirkli pulların yuyulması və vergidən yayınma ittihamları irəli sürüblər. Sabiq prezidentin oğlundan ölkəni tərk etməmək barədə iltizam alınıb.

S.Köçəryan, həmçinin “Konqres” mehmanxanasının özəlləşdirilməsi üzrə cinayət işinin istintaqında da ifadə verib. İstintaqa nəzarət edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bildirib ki, Köçəryanın oğulları həmin obyekti 6 milyon dollar rüşvət müqabilində ələ keçiriblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/270048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR