"Shade" virusu aktivləşib

"Shade" virusu aktivləşib
07:05 19 Fevral 2019
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Eset" antivirus proqram təminatı istehsalçısı "Shade" adlı fırıldaq xarakterli virusun yayılması haqqında məlumat verib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, virus spam məktublar vasitəsilə yayılır. Məktublar tanınmış şirkətlərdən göndərilən bildirişlər kimi maskalanır. Məktubun tərtibatı aşağıdakı kimidir: "sifarişin təfərrüatını göndərirəm", yaxud məktuba fayl bərkidilir və ya istinad göstərilir. Belə saxta məktubu onu göndərənin ünvanı və imza məlumatları arasındakı uyğunsuzluq vasitəsilə müəyyənləşdirmək olar: müxtəlif soyadlar və domenlər dərhal nəzərə çarpır.
 
Həmçinin belə məktublara bərkidilmiş ZIP formatlı arxivdə "İnformasiya.js" adlı JavaScript faylı yerləşir. Bu faylı arxivdən çıxartdıqdan sonra o, zərərverici quraşdırıcını yükləyir.
 
Zərərverici quraşdırıcı isə öz növbəsində lokal disklərdə faylları şifrləyən "Shade" virusunu işə salır. Qurbanın kompüterində ödənişlə bağlı mətn faylında saxlanılan təlimat rus və ingilis dillərində yazılıb.
 
"Eset NOD32" antivirus proqramı zərərverici proqramı "Win32/Filecoder.Shade" kimi tanıyır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/731141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR