Bakıda körpünün üstündə QORXUNC HADİSƏ - FOTO

Bakıda körpünün üstündə QORXUNC HADİSƏ - FOTO
09:48 19 Fevral 2019
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Asif Məhərrəmov və Alı Mustafayev küçələrini birləşdirən körpüdə "Ford Transit" markalı kiçiktutumlu yük maşını sürücünün idarəetməsindən çıxaraq qəzaya uğrayıb. Körpünün kənarındakı metal məhəccərlərə çırpılan avtomobil xoşbəxtlikdən körpünün alt hissəsindəki dairədə hərəkət edən digər nəqliyyat vasitələrinin üstünə düşməyib.

Əraziyə polis əməkdaşları gəlib.

Qəzaya yağıntılı hava şəraitində sürət həddinin düzgün seçilməməsinin səbəb olduğu ehtimal edilir.

Nizam


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/270086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR