Bakıda zəncirvari qəza – 4 maşın bir-birinə girdi (VİDEO)

Bakıda zəncirvari qəza – 4 maşın bir-birinə girdi (VİDEO)
10:22 19 Fevral 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Bakıda zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, hadisə gecə saat 01 radələrində Ziya Bünyadov prospektində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, şəhər istiqamətində hərəkət edən "Toyota Land Cruiser", "Hyundai Elantra" və iki ədəd "Mercedes E-class" markalı 4 avtomobilin qəzaya uğramasına ilkin ehtimal kimi qarşıda olan "Mercedes"lərdən birinin sürücüsünün qəflətən əyləci basması səbəb göstərilir.

Hadisə zamanı ciddi xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3021591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR