"ASAN Finans" bütün maliyyə sektorunu əhatə edəcək

"ASAN Finans" bütün maliyyə sektorunu əhatə edəcək
11:42 19 Fevral 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ "ASAN Finans" sistemi bu günə qədər 14 maliyyə təşkilatı ilə müqavilə bağlayıb.
"Report" xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib. 
Onun sözlərinə görə, bu məsələdə heç bir məhdudiyyət yoxdur və tədricən bütün maliyyə təşkilatları ilə müqavilə bağlanılacaq. Direktor maliyyə qurumları bu istiqamətdə addım atmağa da çağırıb: "Ümid edirik ki, bundan sonra bizimlə müavilə bağlayacaq təşkilatların sayı artacaq". 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/asan-finans-butun-maliyye-sektorunu-ehate-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR