Goranboyda canavarlar kəndlərə hücum etdi, işçi qrup yaradıldı

Goranboyda canavarlar kəndlərə hücum etdi, işçi qrup yaradıldı
12:23 19 Fevral 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərində canavarların hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

Nazirliyin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ETSN-nin və “Azərovçu” İctimai Birliyinin əməkdaşlarından ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/270116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR