Ata-anası ölən uşaq Bakı küçələrinə düşdü - VİDEO

Ata-anası ölən uşaq Bakı küçələrinə düşdü - VİDEO
14:22 14 Yanvar 2015
220 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az anspress-ə istinadən bildirir ki, ata-anası yol qəzasında ölən 14 yaşlı uşaq küçələrdə qalıb. ANS TV-nin məlumatına görə, Natiq 8 yaşı olanda ata-anasını yol qəzasında itirib. Valideyn itkisi sonda onu küçələrə salıb. Natiq Əliyev artıq 6 ildir ki, Bakının sərt qışına, isti yayına öyrəşdiyini deyir. Əslən Naxçıvan şəhərindən olan uşaq paytaxtda kirayədə qalır.

O, dolanışığını yoldan keçənlərdən qəpik-quruş almaqla, təkər qaraltmaqla keçirtdiyini deyir. Qohumlarının sahib çıxmadığını deyən Natiqin sənədləri də yoxdur.

Səhhətində ciddi problemlər olduğundan gileylənən Natiq gələcəyə nikbin baxır. Çünki az da olsa onun da istəkləri var. İlk öncə isti yuva və təhsil almaq arzunda olan Natiq kömək gözləyir. Kimlərinsə ona himəyə duracağına inanan bu oğlan indi sadəcə küçələrin uşağıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR