Gürcüstanda qasırğa: 87 ağac aşıb, 62 binanın dam örtüyü uçub

Gürcüstanda qasırğa: 87 ağac aşıb, 62 binanın dam örtüyü uçub
18:32 19 Fevral 2019
96 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda son üç gün ərzində müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib. 

Milli.Az report-a istinadən xəbər verir ki, qasırğa və küləyin törətdiyi problemlərlə bağlı Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinə 261 zəng daxil olub.

Zənglərin 200-ü paytaxt Tbilisinin payına düşüb. Güclü külək ölkədə 87 ağacın aşmasına, 62 binanın dam örtüyünün uçmasına, 32 avtomobilə ciddi ziyanın dəyməsinə və 4 reklam lövhəsinin dağılmasına səbəb olub. 

Təbiət hadisənin yaratdığı fəsadlar nəticəsində xəsarət alan olmayıb. Fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər vaxtında həyata keçirilir.

Gürcüstanda güclü küləyin sürətinin sabahdan etibarən zəifləyəcəyi proqnozlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/732136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR