Kanadada faciəvi yanğın: bir ailənin 7 uşağı həlak oldu

Kanadada faciəvi yanğın: bir ailənin 7 uşağı həlak oldu
22:12 19 Fevral 2019
49 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadanın Halifaks şəhərində yanğın nəticəsində 7 uşaq həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, faktı şəhər polisi təsdiqləyib. Yanğın şəhərin cənubunda yerləşən ikimərtəbəli evdə baş verib.

Polisin verdiyi məlumata əsasən, ölənlər bir ailənin uşaqlarıdır. Qeyd olunur ki, hadisə nəticəsində bir qadın və kişi yaralanıb, onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

CTV telekanalın məlumatına görə, söhbət suriyalı ailədən gedir. Qonşular bildirir ki, ölən uşaqlardan ən kiçiyi 3 aylıq olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/732194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR