TÜKÜRPƏDƏN HADİSƏ: ev yandı, bir ailənin 7 uşağı həlak oldu

TÜKÜRPƏDƏN HADİSƏ: ev yandı, bir ailənin 7 uşağı həlak oldu
22:33 19 Fevral 2019
35 Digər
Ölkə mətbuatı
A- A+

Kanadanın Halifaks şəhərində dəhşətli faciə baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın nəticəsində 7 uşaq həlak olub. Faktı şəhər polisi təsdiqləyib. Yanğın şəhərin cənubunda yerləşən ikimərtəbəli evdə baş verib.

Polisin verdiyi məlumata əsasən, ölənlər bir ailənin uşaqlarıdır. Qeyd olunur ki, hadisə nəticəsində bir qadın və kişi yaralanıb, onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

CTV telekanalın məlumatına görə, söhbət suriyalı ailədən gedir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/270188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR