Çempionlar Liqasında səssiz gecə

Çempionlar Liqasında səssiz gecə
07:22 20 Fevral 2019
96 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasınını 1/8 final oyunları keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İngiltərənin "Liverpul" komandası Almaniyanın "Bavariya" klubunu qəbul edib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu oyunla parallel olaraq Fransada "Park Olimpik Lionne" stadionunda meydan sahibi "Lion"la "Barselona" qarşılaşıb. Bu oyunda da analoji hesab qeydə alınıb - 0:0.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları martın 13-də keçiriləcək.

Xatırladaq ki, turnirin final oyunu iyunun 1-də Madriddə "Metropolitano" stadionunda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/732219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR