Yaponiya hökuməti onurğa sütununun iPS hüceyrələri vasitəsilə müalicəsinin kliniki sınaqlarına icazə verib

Yaponiya hökuməti onurğa sütununun iPS hüceyrələri vasitəsilə müalicəsinin kliniki sınaqlarına icazə verib
08:17 20 Fevral 2019
120 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya hökumət strukturları zədələnmiş onurğa beyninin induksiya plüripotent gövdə hüceyrələrinin (iPS hüceyrələri) köməyi ilə müalicəsinin kliniki sınaqlarını bəyənib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi fevralın 18-də Keyo Universitetinin tədqiqat qrupunun bu istiqamətdə sınaqlar aparmasına icazə verib. Qrupa universitetin professorları Hideyuki Okano və Masaya Nakamura rəhbərlik edirlər.

Qrupun üzvləri sınaqlar zamanı orqanizmin müxtəlif toxumalarına çevrilə bilən və yenidən proqramlaşdırma yolu ilə əldə edilən iPS hüceyrələrindən istifadə edəcəklər.

Sınaqların onurğa beyninin zədələnməsi nəticəsində ətrafların hərəkət qabiliyyətini itirən dörd xəstəyə təqribən 2 milyon iPS hüceyrənin köçürülməsi yolu ilə aparılacağı bildirilir.

Tədqiqatçılar köçürülən hüceyrələrin neyronlar səviyyəsində dəyişməsi nəticəsində ətrafların hərəkətini bərpa edəcəyini düşünürlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/731963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR