PAŞA Bank KOS-lar üçün “Bahar kampaniyasına” start verir

PAŞA Bank KOS-lar üçün “Bahar kampaniyasına” start verir
11:01 20 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank 2018-ci ildən etibarən Kiçik və orta sahibkarlara dəstəyini genişləndirib və onların fərdi ehtiyaclarına uyğun, gündəlik xərclərini optimallaşdıran, biznes fəaliyyətlərinin genişləndirilməsinə imkan verən məhsul və xidmətləri təklif edir. KOS müştərilərinin əlverişli şərtlərlə bir sıra məhsul və xidmətlərdən yararlanması məqsədilə PAŞA Bank 20 fevral tarixindən KOS-lar üçün “Bahar kampaniyasına” start verir. Kampaniya 31 mart tarixinədək davam edəcək.

Belə ki, qeyd edilmiş müddət ərzində Banka müraciət edən kiçik və orta sahibkarlıq seqmentinə aid yeni müştərilər kampaniyadan yararlanaraq cari hesabın açılması, əmək haqqı məhsulundan (xidmət və kart sifarişi) istifadə, POS Terminalın quraşdırılması, Gömrük Kartın verilməsi xidmətlərini tam pulsuz əldə edəcəklər. Yeni Müştərilər həmçinin Bankın digər kassa-hesablaşma xidmətlərindən sərfəli tariflər ilə yararlanacaq.

Kampaniya müddəti ərzində biznesin maliyyə ehtiyaclarını qarşılamaq üçün Banka ilk dəfə müraciət etmiş təchizatçılar invoyslarını komisyonsuz və illik faiz dərəcəsinə 1% endirim ilə maliyyələşdirəcəklər.

Xatırlatmaq istərdik ki, PAŞA Bank bank sektorunda rəqəmsal həllərin inkişafını da dəstəkləyərək yanvar ayından etibarən fərdi sahibkarlar üçün filiala gəlmədən onlayn müştəri olmaq və hesab açmaq imkanını təqdim etmişdir. Hazırda müştərilərin işgüzar fəaliyyəti ilə bağlı tələbatları öyrənilərək müasir texnoloji həllər üzərində işlər davam etdirilir və tezliklə yeni hüquqi şəxs müştəriləri üçün də onlayn müştəri olmaq və hesab açmaq imkanı təqdim ediləcəkdir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.pashabank.az saytına daxil olaraq və ya *8123 / (+994 12) 496 50 04 nömrəsinə zəng edərək əldə etmək olar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3022188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR