Ötən il Azərbaycanda səyyar vergi yoxlamaları ilə dövlət büdcəsinə 466 milyon manat daxil olub

Ötən il Azərbaycanda səyyar vergi yoxlamaları ilə dövlət büdcəsinə 466 milyon manat daxil olub
11:12 20 Fevral 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ 2018-ci ildə 1707 səyyar vergi yoxlaması təyin edilib, 1703-ü başa çatdıılıb. 
“Report” Vergilər Naziliyinə istinadən xəbər verir ki, 2017-ci il ilə müqayisədə yoxlamaların sayı 3,3 dəfə azalıb. Belə ki, hər 1000 aktiv fəaliyyət göstərən ödəyicədən 4-də səyyar yoxlama aparılıb, bu isə 0,4% göstəricidir.

Yoxlamaların sayının azalması ilə əlaqədar hesablanmış əlavə vəsaitin məbləği azalsa da auditin keyfiyyətinin artırılması və hərtərəfli aparılması nəticəsində bir yoxlamaya düşən əlavə vəsait 2 dəfə artaraq 136,3 min manatdan 273,5 min manata çatıb.

Ümumiyyətlə, 2018-ci ildə səyyar vergi yoxlamaları ilə əlavə hesablanmış məbləğ 465,7 mln. manat təşkil edib ki, bu da 2017-ci ildəkindən 1,7 dəfə azdır. Qeyd edək ki, 2017-ci ildə səyyar vergi yoxlamaları ilə əlavə hesablanmış məbləğ 787,8 mln. manata bərabər olub.  

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/seyyar-vergi-yoxlamalari-budceye-466-mln-manat-qazandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR