SOCAR prezidenti: Azərbaycan son 2 ildə hasilatı artırıb

SOCAR prezidenti: Azərbaycan son 2 ildə hasilatı artırıb
12:22 20 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

Son iki ildə SOCAR ümumi hasilat həcmini 66 faiz artırıb.

Trend-in məlumatına görə, bu fikirlər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Bakıda Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair keçirilən 2019-cu il sərgi-konfrans iştirakçılarına ünvanladığı məktubda qeyd edilib. Məktubu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov oxuyub.

R.Abdullayev məktubda Azərbaycanın nail olduğu sabit sosial-iqtisadi inkişafın ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyası çərçivəsində həyata keçirilən beynəlxalq layihələrlə sıx əlaqəli olduğunu qeyd edərək bildirib: "Bu gün Azərbaycanın həyata keçirdiyi neft-qaz layihələri dünya energetikasının ayrılmaz hissəsi olub. Bütün icra etdiyimiz layihələrdə daim hökumətin dəstəyini hiss edirik".

Daha sonra məktubda SOCAR-in qazma və hasilat üzrə mütəxəssislərinin Xəzər dənizinin ən mürəkkəb yataqlarında çalışdığı bildirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3022283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR