Ledi Qaqa nişanlısından ayrıldı

Ledi Qaqa nişanlısından ayrıldı
12:57 20 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur müğənni Ledi Qaqa nişanlısı Kristian Karinodan ayrılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar iki illik münasibətlərinə nöqtə qoyublar.

Ayrılıq dedi-qoduları "Qremmi" mükafat mərasimindən sonra başlayıb. Belə ki, sənətçi tədbirdə nişan üzüyünü taxmayıb, gecəyə tək qatılıb.Həmçinin pop ulduz sevgililər günündə İnstaqram səhifəsində döyməsinin şəklini paylaşıb, sevgi ilə bağlı status yazmayıb.

Onların ayrılıq səbəbi hələlik mətbuata məlum deyil. Lakin Qaqa "People" jurnalına açıqlamasında Kristianla yollarını ayırdığını təsdiqləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/732318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR