İngiltərə Premyer Liqası tarixində futbolçulara ən çox maaş ödəyən klubun adı açıqlanıb

İngiltərə Premyer Liqası tarixində futbolçulara ən çox maaş ödəyən klubun adı açıqlanıb
14:12 20 Fevral 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ “Çelsi” klubu futbol üzrə İngiltərə çempionatı Premyer Liqa adlandırılmağa başladığı 1992/1993 mövsümündən bəri futbolçuların əmək haqlarına 3 milyard funt sterlinqdən çox vəsait xərcləyib.
“Report” “The Sun”a istinadən xəbər verir ki, rekord məbləğin böyük qismi London təmsilçisinin sahibi Roman Abramoviç dönəminə düşür. Rusiyalı iş adamı “Çelsi”ni 2003-cü ildə 140 milyon funt sterlinqə alandan sonra oyunçulara təxminən 2,76 milyard funt maaş ödəyib. Siyahıda 2-ci yerdə “Mançester Yunayted” qərarlaşıb. “Qırmızı-şeytanlar" 1992/1993 mövsümündən bəri futbolçulara 2,6 milyard funt sterlinqə yaxın məvacib verib.
“Çelsi” hazırda Premyer Liqada 50 xalla 6-cı pillədə qərarlaşdığı üçün baş məşqçi Mauritsio Sarrinin istefası gündəmdədir. London klubu italiyalı mütəxəsissi postundan uzaqlaşdıracağı təqdirdə, ona 5 milyon funt sterlinq təzminat ödəyəcək. Bu isə rusiyalı milyarderin dönəmində baş məşqçiyə veriləcək ən aşağı kompensasiya olacaq.
Qeyd edək ki, “Çelsi” Roman Abramoviçin kluba sahibliyi dövründə ilk dəfə Çempionlar Liqasının qalibi olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngilterede-en-cox-maas-veren-klub-aciqlandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR