Neymar zədəsinə görə iki gün ağlayıb

Neymar zədəsinə görə iki gün ağlayıb
14:27 20 Fevral 2019
89 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin hücumçusu Neymar zədəyə görə narahatlıq keçirdiyini deyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, forvard tezliklə meydana qayıtmaq istədiyini bildirib. "Birinci dəfə zədələnəndə özüm-özümə söz verdim ki, tez sağalmalıyam. Belə də oldu. İkinci dəfə isə heç nə edə bilmədim. Vəziyyətdən necə çıxacağımı təsəvvür etmirdim. İki gün ağladım. Ağrılara görə ağlamırdım. Düşdüyüm vəziyyət məni narahat edirdi. Meydana qayıtmaq istəyirəm. Həyatım futbola bağlıdır",- forvard deyib.

Xatırladaq ki, Neymar Fransa Kuboku uğrunda "Strasburq"la oyunda ciddi zədələnib. Hazırda müalicə kursu keçən braziliyalının 10 həftə forma geyinməyəcəyi dəqiqləşib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/732349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR