PSJ-nin prezindenti Arsen Vengerə əməkdaşlıq təklif edib

PSJ-nin prezindenti Arsen Vengerə əməkdaşlıq təklif edib
16:47 20 Fevral 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun sabiq baş məşqçisi Arsen Venger Fransanın PSJ klubunun prezidenti ilə görüşüb.
"Report" "L’Equipe"ə istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbəri Nassir Əl-Helaifi 70 yaşlı mütəxəssisə əməkdaşlıq təklif edib. Lakin Vengerin klubda hansı vəzifədə çalışacağı bəlli deyil.
PSJ məşqçini səfir kimi kluba dəvət edə bilər. Venger Fransa klubunun idman direktoru Antero Enrikeni də əvəzləməyə əsas namizəddir.
Qeyd edək ki, Arsen Venger 1996-cı ildən rəhbərlik etdiyi "Arsenal"ı 2017-2018 mövsümünün sonunda tərk edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/psj-nin-prezindenti-arsen-vengere-emekdasliq-teklif-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR