Ata və qızı hökumət binasında özünü yandırmağa cəhd etdi - Ermənistanda

Ata və qızı hökumət binasında özünü yandırmağa cəhd etdi - Ermənistanda
19:05 20 Fevral 2019
54 Dünya
Ölkə mətbuatı
A- A+

Yerevanda kişi qızı ilə birlikdə özlərini yandırmaq üçün hökumət binasına girməyə cəhd edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildiriblər.

Hadisə yerində olan polis məmurları kişinin özü ilə yanacaq gətirdiyini söyləyiblər. O, saxlanılıb və Yerevan polisinin mərkəzi bölməsinə təhvil verilib. Faktla bağlı istintaq gedir.

Ermənistan KİV-inin məlumatına görə, saxlanılan şəxs 54 yaşlı Gümrü sakini Arutyun P.-dir. Onu bu addımı atmağa məcbur edən səbəblər barədə məlumat verilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/732481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR