Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir

Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
19:35 20 Fevral 2019
Ölkə mətbuatı
A- A+


İsveçrənin Cenevrə şəhərində "Ümumdünya Radiorabitə Konfransı"na (ÜRK) hazırlıqlar çərçivəsində görüş təşkil olunub.

Görüşün əsas məqsədi hazırlıq prosesinin nəzərdən keçirilməsi, hesabatların hazırlanması, təşkilati məsələlərin həllidir.  

Konfransa hazırlıq prosesi zamanı radiorabitə reqlamenti, radiotezlik spektri, geostasionar və qeyri-geostasionar peyk xidmətlərindən, həmçinin orbitlərdən istifadə üzrə beynəlxalq sazişlər barədə təkliflərin irəli sürülməsi nəzərdən keçiriləcək.

Görüşdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil edirlər. Azərbaycan nümayəndə heyəti konfransa hazırlıq görüşü çərçivəsində bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə bilik və təcrübə mübadiləsi aparıblar. 
Regional Rabitə Birliyi (RRB), Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı (CEPT) toplantılarda fəal iştirakı ilə seçiliblər.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil ediləcək "Ümumdunya Radiorabitə Konfransı-2019" cari ilin 28 oktyabr - 22 noyabr tarixlərində Misirin Şarm-əş-Şeyx şəhərində keçiriləcək.




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-59380-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR