Azərbaycanlı məşhurun başına 24 ton su tökdülər - FOTO

Azərbaycanlı məşhurun başına 24 ton su tökdülər - FOTO
23:03 20 Fevral 2019
172 Şou
Ölkə mətbuatı
A- A+

"Qışın bu oğlan çağında başımdan 24 ton su töküldükdən sonrakı halım belə oldu. Elə gözəl kadrlar var ki, inşallah birlikdə baxarıq".

Publika.az xəbər verir ki, bu sözləri tanınmış model və aktyor Rüstəm Cəbrayılov instaqramda yazıb. O, bildirib ki, "Caspian Media Group"un istehsalı və "Addım" təşkilatının rəhbəri Hüseyn Cavadzadənin prodüserliyi ilə yeni bir filmə çəkilib. Ekran əsəri mart ayında təqdim olunacaq.

Xatırladaq ki, azərbaycanlı model 2007-ci ildə “The Best Model of the World” müsabiqəsinin qalibi olub. Bu hadisədən sonra o, Azərbaycanın ən yaraşıqlı kişisi kimi şöhrət qazanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/270320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR