Rusiyadan Ermənistan qərarı

Rusiyadan Ermənistan qərarı
14:31 14 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası Müdafiə Nazirliyi Gümrüdəki hərbi bazanın komandanlığını sərt cəzalandırmaq niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatında bir məqalədə qeyd olunub. Məlumata görə, erməni ailəni qətlə yetirən Valeri Permyakovun komandirlərinin də cinayət məsuliyyətinə cəlb edilməsi gözlənilir.

102-ci Rusiya hərbi bazasından qaçan V.Permyakov cinayətin qəsdən törətdiyi iddiasını inkar edir.

Rusiya müdafiə nazirinin müavini, briqada generalı Arkadi Baxin hazırda Ermənistandadır və məsələni araşdırır. Təhlillərin sonunda xidməti işində uyğunluq müəyyən olunan hər kəs cəzalandırılacaq və hərbi bazanın rəhbərliyi xəbardar ediləcək.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR