Lənkəranda yol qəzası olub, xəsarət alanlar var

Lənkəranda yol qəzası olub, xəsarət alanlar var
13:37 21 Fevral 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran. 21 fevral. REPORT.AZ/ Lənkəran rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Liman şəhəri ərazisindən keçən hissəsində baş qeydə alınıb.
Belə ki, Liman şəhər sakini Elçin Quliyevin idarə etdiyi 99 GT 894 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə Qulam Hacıyevin idarə etdiyi 90 SU 387 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil toqquşub. 
Zərbənin gücündən Q.Hacıyevin idarə etdiyi avtomobil yolun hərəkət hissəsindən çıxaraq ağaca çırpılıb. Nəticədə hər iki avtomobilin sürücüsü ciddi xəsarət alıb. Sürücülərdən Q.Hacıyevin vəziyyəti daha ağır olduğundan ilkin yardımdan sonra onun Bakıya göndərilməsi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-yol-qezasi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR