Komitə sədri: Avstraliya Azərbaycanla pambıqçılıq sahəsində əməkdaşlığa maraq göstərir

Komitə sədri: Avstraliya Azərbaycanla pambıqçılıq sahəsində əməkdaşlığa maraq göstərir
13:55 21 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Milli Məclisin Azərbaycan-Avstraliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun nümayəndə heyəti Avstraliya federal parlamentin kənd təsərrüfatı üzrə daimi komitəsinin sədri Rik Vilson ilə görüş keçirib.

Trend-in məlumatına görə, Azərbaycan nümayəndə heyətinin tərkibinə İşçi Qrupunun rəhbəri, millət vəkili Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə daxildirlər.

Görüş zamanı Rik Vilson Avstraliya hökumətinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı istiqamətində böyük maraq olduğunu bildirib və gələcəkdə Azərbaycana səfəri zamanı bu məsələni respublikamızın aidiyyəti qurumlarla danışıqlar aparmaq niyyətində olduğunu qeyd edib.

Rik Vilson Azərbaycanda kənd təsərrüfatı, o cümlədən pambıqçılıq sahəsinin əsas inkişaf prioritetləri sirasında olduğunu haqqında məlumatlı olduğunu bildirib. Onun sözlərinə görə, maraq doğrudan məsələləri içində əsas prioritetlərdən biri Avstraliyanın pambıqçılıq sahəsində təcrübəsinin öyrənilməsi və bu ölkənin qabaqcıl texnologiyalarının istifadəsi ola bilər.

Avstraliya hökumətinin rəsmisi, o cümlədən suvarma sahəsində onun ölkəsinin böyük təcrübəsinin olmasını qeyd edib və bu istiqamətdə də əməkdaşlığın böyük maraq olmasını bildirib.

Görüşdə eyni zamada, dağ-mədən, heyvandarlıq, bostançılıq və digər sahələrdə əməkdaşlıq imkanları, o cümlədən Avstraliyanın təcrübəsi, Azərbaycan üçün mütəxəssislərin hazırlanması müzakirə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3022932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR