Xərçəng xəstəliyi dünyada 69%, bu ölkədə isə iki dəfə artacaq

Xərçəng xəstəliyi dünyada 69%, bu ölkədə isə iki dəfə artacaq
17:47 21 Fevral 2019
51 Dünya
Ölkə mətbuatı
A- A+

Gələn 10 il ərzində xərçəng xəstəliyi dünyada 69%, İranda isə iki dəfə artacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin əvəzi İrəc Hərirçi Tehranın Şəhid Behişti Universitetində keçirilən 14-cü Beynəlxalq Sinə Xərçəng Xəstəliyi Konqresində deyib.

İ.Hərirçinin sözlərinə görə, bu artımın qarşısını almaq üçün münasib addımlar atılmalıdır.

Son statistik göstəricilərə əsasən, İranda ildə təxminən 109 min nəfər xərçəng xəstəliyinə tutulur.

Bildirilir ki, xərçəng xəstəliyinin xərcləri ürək-damar xəstəliklərinin xərcindən 19% çoxdur. Belə ki, İranın səhiyyə sistemi üçün bu xəstəliyin xərcləri ildə 30-40 trilyon rial (təxminən 714-952 milyon dollar) başa gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/732768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR