Gürcü siyasətçi: “Gürcüstan parlamenti Xocalı qətliamını soyqırım kimi tanımalıdır”

Gürcü siyasətçi: “Gürcüstan parlamenti Xocalı qətliamını soyqırım kimi tanımalıdır”
19:57 21 Fevral 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisi. 21 fevral. REPORT.AZ/ “Gürcüstan parlamenti Xocalıda törədilmiş qətliamı soyqırımı kimi tanımalıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Yeni Xristian Demokratlar Partiyasının sədri Levan Çxeidze jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: “Bu cinayətin müddəti köhnəlmir. Xocalıda günahsız qadın, qoca və uşaqları qətlə yetirənlər layiqli cəzalarına çatmalıdırlar. Növbəti parlament seçkilərində partiyamız qanunverici orqanda yer qazansa, biz Xocalıda törədilənlərin soyqırımı kimi tanınması məsələsini mütləq dəstəkləyəcəyik”.
L.Çxeidze deyib ki, Gürcüstan beynəlxalq arenada Azərbaycanın dəstəyinə böyük dəyər verir: “Hər iki dövlət strateji tərəfdaşdır və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər. Regionda sülh tezliklə bərqərar olmalı və bölgə gələcək nəsillərə münaqişələrsiz ötürülməlidir”. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcu-siyasetci-parlamenti-xocali-soyqirimini-tanimaga-cagirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR