Avro-2021: futbolçularımızın rəqibləri müəyyənləşdi

Avro-2021: futbolçularımızın rəqibləri müəyyənləşdi
00:38 22 Fevral 2019
124 İdman
Ölkə mətbuatı
A- A+

Fevralın 21-də İsveçrənin Nyon şəhərində futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə 5-ci səbətdə yer alan yığma komandamız D qrupuna düşüb. Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv İspaniya, Çexiya, Polşa və Moldovaya rəqib olub.

Püşkatmada nəticələr belədir:

A qrupu

Hollandiya, Rusiya, Sloveniya, Türkiyə, Kosovo, Estoniya

B qrupu

İtaliya, Danimarka, Bosniya və Herseqovina, İsrail, Malta, Gürcüstan

C qrupu

Norveç, Uels, Belarus, Şimali İrlandiya, Farer adaları

D qrupu

İspaniya, Çexiya, Polşa, Moldova, Azərbaycan

E qrupu

Şotlandiya, Finlandiya, Portuqaliya, Albaniya, Kipr

F qrupu

İsveç, İslandiya, Macarıstan, Slovakiya, Latviya

G qrupu

Fransa, Avstriya, Serbiya, Qazaxıstan, Makedoniya

H qrupu

İsveçrə, Belçika, Rumıniya, Xorvatiya, Litva

I qrupu

Almaniya, Ukrayna, İrlandiya, Yunanıstan, Monteneqro.

Qeyd edək k, püşkatmada rekord sayda – 47 yığma komanda iştirak edib. Milli komandamız 2009-cu ildən bəri Avro turnirlərinin seçmə mərhələsində iştirak etməyib.

Bu il avqustun 26-dan 2020-ci il sentyabrın 22-dək komandalar ev və səfər matçları keçirəcəklər. Qrupların qalibləri və ikinci yeri tutan ən yaxşı üç komanda final mərhələsində turnirə ev sahibliyi edən İngiltərəyə qoşulacaqlar. İkinci yeri qazanan daha 6 komanda 2020-ci ilin oktyabrında 2021-ci ilin iyulunda keçiriləcək final mərhələsinə üç vəsiqə uğrunda pley-off matçları oynayacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/270443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR