"Zenit"in hücumçusu avrokuboklarda ən çox qol vuran iranlı futbolçu olub

"Zenit"in hücumçusu avrokuboklarda ən çox qol vuran iranlı futbolçu olub
09:57 22 Fevral 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Rusiyanın “Zenit” klubunun hücumçusu Sərdar Azmun İranın avrokuboklarda ən yaxşı bombardirinə çevrilib.
“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı forvard buna Avropa Liqasının 1/16 finalında Türkiyə “Fənərbağça”sını evdə 3:1 hesabı ilə məğlub etdikləri cavab matçında nail olub. Görüşün 4-cü dəqiqəsində komanda yoldaşı Məhəmməd Ozdoyevə məhsuldar ötürmə verən, 37 və 76-cı dəqiqələrdə isə özü fərqlənən S.Azmun, bununla da avrokuboklarda ən çox qol vuran iranlı futbolçu olub.
Onun hesabında 8, Əli Daeidə 6, Mehdi Mahdavikiya və Saman Qoddosda isə 5 qol var. Ə.Daei və M. Mahdavikiya futbolçu karyeralarını başa vurublar.
Qeyd edək ki, S.Azmun həftənin ən yaxşı oyunçusu adına da namizəddir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azmun-avrokuboklarda-en-cox-qol-vuran-iranli-futbolcu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR