AAYDA Bakının Babək prospektinin təmiri ilə bağlı səslənən ittihamlara münasibət bildirib

AAYDA Bakının Babək prospektinin təmiri ilə bağlı səslənən ittihamlara münasibət bildirib
12:12 22 Fevral 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ "Bəzi insanlar yol təmirindən anlayışları olmadığı halda paytaxtın Babək prospektinin təmiri barədə əsassız iddialar səsləndirirlər. Həmin şəxslər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) gördüyü işlərə kölgə salmaq istəyirlər".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
“Biz Babək prospektində yeni yol tikməmişik. Bu yol 1980-ci illərdə salınıb, 1996-98-ci illərdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yenidən qurulub. Həmin yolun aşınma müddəti keçdiyinə görə, Prezident yolun yenidən qurulması barədə tapşırıq verib. Biz də mövcud yolu yenidən bərpa etmişik. Orda müəyyən aşınmaya məruz qalmış hissəslər yenidən bərpa olunub və asfalt vurulub. Lazım olan yerlərdə yol genişləndirilib, Bakı Nəqliyyat Agentliyinin verdiyi plana uyğun avtobus dayanacağı və ikitərəfli avtobus hərəkətinin tənzimlənməsi üçün yol xətti çəkilib. Bəzi insanlar Azərbaycanın inkişafını istəmirlər, quruculuq və abadlıq işlərinə kölgə salırlar. Əgər onlar bu inkişafı görmək istəmirlərsə, demək azərbaycanlı deyillər", - deyə sədr qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/aayda-bakinin-babek-prospektinin-temiri-ile-bagli-seslenen-ittihamlara-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR