Aparıcı Damla olduğu iddia edilən 18+ VİDEOdan danışdı: Bunu mən gördüm - FOTO

Aparıcı Damla olduğu iddia edilən 18+ VİDEOdan danışdı: Bunu mən gördüm - FOTO
12:22 22 Fevral 2019
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil"də sosial şəbəkələrdə müğənni Damlaya aid olduğu idida edilən intim videoyla bağlı danışıb.

Milli.Az xəbər verir ki, aparıcı Damlanın şəkilini sosial şəbəkə hesabından paylaşıb, bu videonu onun adına çıxaranları tənqid edən bəzi məşhurları da unutmayıb.

Tolik həmin məşhurların bəzilərini Damla fanatlarının rəğbətini qazanmaq üçün bu addımı atdıqlarını bildirib:

"Sosial şəbəkələrdə müğənni Damla haqqında xoşagəlməz piar gedir. Mən ilk dəfədir buna sevinirəm. Müğənni xanımlar həmrəy oldular. Bu gün populyarlığını yaşayan bir insanın bu hadisə populyarlığını aşağı salacaq bir məqam idi. Damlanı bəyənməyən müğənnilər İnstaqram-da Damlanın şəklini paylaşdırlar ki, onun o bəzi fanatlarını özlərinə cəlb edib xoş sözlər yazdırsınlar şərhə. Bunu mən gördüm". 

Qeyd edək ki, Damla da qafqazinfo-ya açıqlama verərək videodakı xanımın o olmadığını qeyd edib:

"Mən nə edə bilərəm? Haqqımda yalan məlumatlar yayılıb. Bir, iki deyil, bu boyda telefonlardan, insanların əlindən həmin görüntüləri necə yığışdıra bilərəm? Mən deyiləm, burada nə günahım var? Başıma bu oyunu açanı Allaha həvalə edirəm. Oğlum da böyük uşaqdır, hər şeyi ona başa salmışam". 

Xatırladaq ki, Damlanın menecerinin yaydığı açıqlamadan sonra şou-biznes üzvləri də sənətçiyə dəstək olublar. Onlardan Natavan Həbibi, Elçin Cəfərov, Xatun Əliyeva, Emil Bədəlov, Türkan Vəlizadə, Vüsalə Əlizadə, Lamiyə Ələkbərova, Sevil - Sevinc Səfərova və başqaları sosial şəbəkədə videonu yayanları qınayıblar. 

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/732987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR