"Zenit"ə dönmək istəyirəm" - Ramil Şeydayev

"Zenit"ə dönmək istəyirəm" - Ramil Şeydayev
14:05 22 Fevral 2019
90 İdman
Ölkə mətbuatı
A- A+

Bəli, gələcəkdə "Zenit"ə dönəcəyimə ümid edirəm və bunu istəyirəm. Nə də olsa, məmləkətim, sevimli şəhərim və uşaqlıqdan xəstəsi olduğum klubdan bəhs edirik. Həm də mənə bu fürsəti verdiyi üçün hər zaman mənə xoş sözlər səsləndirən Yevgeni Naumoviçə də təşəkkür edirəm. O, mənə çox kömək edib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri sportsdaily.ru saytına açıqlamasında millimizin və Rusiyanın "Krılya Sovetov" klubunun hücumçusu Ramil Şeydayev deyib. 22 yaşlı hücumçu "Qarabağ"ın heyətində ötən mövsüm Çempionlar Liqasında qazandığı təcrübədən söz açıb:

"Bu təcrübə göz qabağındadır. Heç nə asan olmur. Bu təcrübə zənginləşmək üçün təhlillər verir. Ümid edirəm ki, bu təcrübə mənə kömək olacaq. Çempionlar Liqası həmişə yenidən yaşamaq istədiyiniz atmosferdir. Buna görə çox çalışmaq lazım olduğunu anlayırsan".

Millimizin üzvü "Krılya Sovetov"da inkişaf edəcəyinə inandığını deyib:

"Burada hər şeydən razı qaldığımı söyləyə bilərəm. Komandanın şəraiti və kollektivdən məmnunam. Əlavə olaraq, Samara şəhərini də bəyənirəm. "Krılya Sovetov"da inkişaf etmək üçün hər cür şərait var. Buna görə də burdayam. Mən oynamağa hazıram".

Şeydayev baş məşqçi Miodraq Bojoviçin etimadını qazanmaq üçün çalışdığını deyib:

"Baş məşqçimiz Miodraq Bojoviç mənə heç bir söz verməyib. Onun etimadını qazanmaq üçün çalışmaq lazımdır. Həqiqətən də bunu bacaracağıma inanıram. Rəqabət nə qədər ciddi olsa da, özümə güvənirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/733006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR