İran ABŞ-ın pilotsuz təyyarəsini “ələ keçirdi”, qaytarıb öz bazalarına saldı - VİDEO - FOTO

İran ABŞ-ın pilotsuz təyyarəsini “ələ keçirdi”, qaytarıb öz bazalarına saldı - VİDEO - FOTO
15:47 22 Fevral 2019
102 Dünya
Ölkə mətbuatı
A- A+

İranın İnqilab Keşikçiləri Korpusunun radioelektron mübarizə bölməsi Rusiyadan alınan "Avtobaza" qurğusunun köməyi ilə ABŞ-ın MQ-9 pilotsuz zərbə-kəşfiyyat təyyarəsini "ələ keçirib". Və təyyarəni idarə edərək onu geri qayıtmağa, havaya qalxdığı bazanın yaxınlığında sərt eniş etməyə "məcbur edib". Bundan sonra amerikalılar öz pilotsuz təyyarələrini məhv etməli olublar.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Amerika təyyarəsinin İran tərəfindən ələ keçirildiyinə dair görüntülər internetdə yayılıb. İnqilab Keşikçiləri Korpusunun Aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə bu məlumatı təsdiq edib və bildirib ki, İraq və Suriya üzərində müntəzəm uçuşlar keçirən bir neçə Amerika pilotsuz kəşfiyyat təyyarəsi onların nəzarətində olub. Və həmin təyyarələrin əldə etdiyi kəşfiyyat məlumatları birinci əldən İran tərəfinin əlinə keçib.

"Suriya və İraq üzərində müntəzəm uçuşlar keçirən yeddi-səkkiz pilotsuz təyyarə bizim tərəfimizdən nəzarət altına alınıb və biz onların topladığı bütün informasiyaları götürmüşük. Biz informasiyaları birinci mənbədən əldə etmişik" - general Hacızadə Həmədan şəhərində jurnalistlərə bildirib.

İnqilab Keşikçiləri Korpusunun radioelektron mübarizə bölmələri həmin pilotsuz təyyarələrin rabitə kanallarına nəzarəti ələ keçirməklə ABŞ ordusunun komanda mərkəzinə də çıxış əldə ediblər.

İnqilab Keşikçiləri Korpusu Amerikanın MQ-9 "Reaper" pilotsuz zərbə-kəşfiyyat təyyarəsinin idarəetməsinin ələ keçirilməsindən sonra necə kəsintilərlə işlədiyini və öz bazasından 10 kilometr məsafədə səhralıq əraziyə necə sərt eniş etdiyi barədə görüntüləri təqdim edib. Amerika qoşunları təyyarənin idarəetməsinin kimin əlində olduğunu bilmədiklərindən onu eyni model pilotsuz təyyarə ilə məhv etmək qərarına gəliblər. Bu kadrlar da internetdə yayılıb.

Məlumatlara görə İran Amerika pilotsuz təyyarəsini "ələ keçirmək" üçün Rusiyadan aldığı "Avtobaza" radioelektron mübarizə qurğusunu tətbiq edib. İran hərbçiləri ilk dəfə bu qurğunu 2011-ci ildə ABŞ-ın "RQ-170 Sentinel" pilotsuz kəşfiyyat təyyarəsini ələ keçirmək və salamat yerə endirmək üçün istifadə ediblər. Bundan sonra iranlılar həmin təyyarənin layihəsi əsasında öz pilotsuz kəşfiyyat təyyarələrini istehsal etməyə başlayıblar. Bu təyyarə ilk dəfə 2014-cü ildə havaya qalxıb. Həmin vaxt general Hacızadə demişdi ki, İran Amerika pilotsuz təyyarəsinin ələ keçirilməsi və onun mühərrikinin sirlərini öyrənməsi nəticəsində 35 il qabağa gedib. İran ötən illərdə daha bir neçə Amerika pilotsuz kəşfiyyat təyyarələrini vurub sala bilmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İran ABŞ-ın zərbə pilotsuz təyyarəsini "ələ keçirdi", qaytarıb öz bazalarına saldı


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/733051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR