Milli Meşə Proqramının hazırlanmasında əsas nəyə diqqət edilir? - FAO açıqladı

Milli Meşə Proqramının hazırlanmasında əsas nəyə diqqət edilir? - FAO açıqladı
16:17 22 Fevral 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın az meşəli ölkə olmasına baxmayaraq, biomüxtəlifliyi çox zəngindir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Avropa İqtisadi Komissiyasının meşəçilik sektoru üzrə rəis müavini Əkrəm Yazıçı deyib.

FAO rəsmisinin sözlərinə görə, Azərbaycanda 450-dən artıq ağac və kol bitkiləri yayılıb ki, bunlardan da 70-i endemikdir.

Ə.Yazıçı deyib ki, Milli Meşə Proqramının (MMP) hazırlanmasında beynəlxalq təcrübələr əsas götürülür:

"Biz FAO olaraq dünyanın 85-dən artıq ölkəsində milli meşə proqramının hazırlanmasına dəstək veririk. Meşələrin qorunması, inkişafı və davamlı istifadəsi üçün bu proqramın hazırlanması çox vacib idi. Azərbaycan az meşəli ölkə olmasına baxmayaraq, biomüxtəlifliyi çox zəngindir. Yeni qəbul ediləcək MMP bu xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan meşələrinin qorunması, inkişafı və davamlı istifadəsinə töhfə verəcək. MMP-nin qəbulu eyni zamanda gənclərin bu sahəyə olan marağının daha da artırılmasında mühüm rol oynayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/733088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR