Azərbaycan Prezidentinin vətəndaşların maraqlarına xidmət edən növbəti humanist addımı

Azərbaycan Prezidentinin vətəndaşların maraqlarına xidmət edən növbəti humanist addımı
14:42 14 Yanvar 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yanacağın qiymətinin azaldılması əhalinin daxili bazarda mal və xidmətlərin qiymətlərinin artırılması ilə bağlı bütün narahatlıqlarını aradan qaldırdı.

Həmişə ölkə vətəndaşlarının maraqlarının keşiyində dayanan Azərbaycan Prezidentinin növbəti humanizm aktı bütün narahatlıqlara son qoydu. Prezident İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də Azərbaycan vətəndaşlarını narahat edən, onların sosial vəziyyətlərinə təsir göstərən məsələdə həssaslıq və diqqət göstərdi.

Yol vergisinin tətbiqi ilə əlaqədar yanacağın qiymətinin artırılması məsələsi son günlərin əsas müzakirə mövzusudur. Əhali arasında bunun nəqliyyat xərclərinə təsir edəcəyi və nəticədə daxili bazarda mal və xidmətlərin qiymətinin artmasına gətirib çıxaracağı ilə bağlı söz-söhbətlər və şayiələr yayılmağa başladı.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.

Qərara əsasən, Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 qərarı ləğv edilib.

Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.

Bununla da respublika rəhbərliyinin vaxtında qəbul etdiyi sosial yönümlü qərar Azərbaycan xalqının rifahının və ölkənin iqtisadi inkişafının bundan sonra sabit artmasının təminatı olacaq.

Digər tərəfdən, bu, belə qərar qəbul etməyə imkanı olan Azərbaycan iqtisadiyyatının sabitliyinin təsdiqidir.

Emil İsmayılov
Trend - Rus xəbərlər xidməti

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR