Qomisin qol sevinci topdaşıyan uşağı qorxutdu - VİDEO - FOTO

Qomisin qol sevinci topdaşıyan uşağı qorxutdu - VİDEO - FOTO
17:52 22 Fevral 2019
141 İdman
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunun hücumçusu Bafetimbi Qomisin "Əl İttihad"la səfər oyununda (2:0) vurduğu qoldan sonra maraqlı hadisə yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matçın 67-ci dəqiqəsində hesabı açan sabiq "Qalatasaray"lının qolu, ənənəvi olaraq, "aslan pəncəsi" kimi qeyd etməsi meydançanın kənarında dayanan topdaşıyan uşağı qorxudub. Ancaq 33 yaşlı forvard qarşılaşmadan sonra həmin uşaqla görüşüb və ona formasını hədiyyə edərək, könlünü alıb.

Qeyd edək ki, Qomis ötən il 6 milyon avro qarşılığında "Qalatasaray"dan "Əl Hilal"a keçmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qomisin qol sevinci topdaşıyan uşağı qorxutdu


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/733076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR