Murad Hüseynov: ""Heksameron" əsərinin Bakıda ifası böyük musiqi bayramıdır" (VİDEO)

Murad Hüseynov: ""Heksameron" əsərinin Bakıda ifası böyük musiqi bayramıdır" (VİDEO)
18:08 22 Fevral 2019
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

- Murad muəllim, martın 7-də Heydər Əliyev Mərkəzində keçiriləcək «Heksameron» konsertində tamaşaçıları nə gözləyir?

- Qısa ifadə etsək, tamaşaçıları böyük bayram gözləyir. Çünki məşhur «Heksameron» əsəri musiqi aləmində ən çətin əsərlərdəndir. 180 ildən çox yaşı olan «Heksameron» əsərində fortepianoya məxsus bütün texnikalar əhatə olunub.

Əsər dünyada 6 royalın ifasında və orkestrin müşayiəti ilə çox nadir hallarda ifa olunur. Bakıda bu əsər 6 pianoçunun birgə ifasında ilk dəfə təqdim ediləcək. Bu mənada həmin gün həqiqətən də bütün musiqisevərlər üçün böyük musiqi bayramı sayıla bilər.

- Tədbirin Bakıda, Heydər Əliyev Mərkəzində də təşkili yəqin təsadüfi olmayıb

- Əlbəttə, Azərbaycanda və paytaxt Bakıda müxtəlif sahələr üzrə genişmiqyaslı tədbirlər keçirilir. Bakı bu gün həm də musiqi mərkəzlərindən birinə çevrilib. O cümlədən, Heydər Əliyev Mərkəzi bizi böyük tədbirlər və konsertlərlə hər zaman sevindirir. Beləliklə, martın 7-də Heydər Əliyev Mərkəzində «Heksameron» layihəsinin baş tutması heç də təsadüfi deyil. Bu möhtəşəm layihəyə Heydər Əliyev Mərkəzi tərəfindən ABŞ-dan, Almaniyadan, Çindən, Rusiyadan, və Yaponiyadan pianoçular dəvət edilib. Fəxr edirəm ki, belə möhtəşəm bir konsertdə mən Azərbaycan ifaçılıq məktəbini təqdim edəcəm.

- Bakıda birgə məşqlər nə zamandan başlayacaq?

- Martın 3-dən etibarən birgə məşqlər nəzərdə tutulub və bu konsert üçün xüsusi olaraq royallar da seçilib. İfaçıların orkestrin müşayiəti ilə solo çıxışları da olacaq. Amma əlbəttə ki, repertuarın zirvəsi «Heksameron» əsərinin 6 pianoçu tərəfindən birgə ifası olacaq. Odur ki, bütün tamaşaçıları konsertimizdə gözləyirik. Belə nadir, tarixi və möhtəşəm hadisəni qaçırmaq olmaz!

https://www.youtube.com/watch?v=kGCIYfIh5k4

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3023692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR