İstirahət günlərində hava necə olacaq?

İstirahət günlərində hava necə olacaq?
18:13 22 Fevral 2019
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda fevralın 23-24-də bu bölgədə hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək, lakin fevralın 24-də axşam bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 1-6 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 24-ü gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-13, dağlıq rayonlarda 4-8 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 10-15 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, havanın yaxın iki gündə əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-12 dərəcə isti təşkil edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/270534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR